Dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadlers Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.
Noyabrın 13-dən 17-dək nümayiş olunan teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.
Mark Morrisin rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.