Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə noyabrın 16-dan 19-dək Bakıda Tanqo festivalı keçirilib. Tədbirin məqsədi tanqoya marağı artırmaqdır.
İkinci dəfə reallaşan festival çərçivəsində “Landmark” hotelində Argentina, Gürcüstan və Türkiyədən tanqo ustalarının iştirakı ilə ustad dərsləri də təşkil edilib.
Argentina tanqosu gecəsində – milonqa-şouda istedadlı rəqqaslar tanqonun bütün gözəlliyini nümayiş etdiriblər. Ölkəmizi İlham Osmanov və Əlfiyə Sultanova, Emil və Lalə Gözəlovlar, Zaur Ramazanov və Lenay Seyidəlizadə cütlükləri təmsil ediblər. Rəqqasların coşqun rəqsləri böyük maraqla qarşılanıb.