Nyu-Yorkda “İnternational Emmy Awards” beynəlxalq mükafatının qalibləri elan olunub. Mükafat ənənəvi olaraq ABŞ-dan kənarda çəkilən seriallara və aktyorlara təqdim edilib.

Sayca 46-cı mərasimdə “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata “İlahi yollar” seriyalındakı roluna görə danimarkalı aktyor Lars Mikkelsen layiq görülüb. “Ən yaxşı qadın rolu” nominasiyasında “Soyuqdəymə kifayət idi” (Almaniya) seriyalına görə Anna Şudt birinci olub.

“Ən yaxşı dramatik serial”ı mükafatını “Kağız ev” (İspaniya) qazanıb. “Nevsu” (İsrail) serialı isə “Ən yaxşı komediya” mükafatını alıb.

Münsiflər “Ən yaxşı sənədli serial” nominasiyasında mükafatı BBC-də yayımlanan “Əlvida, Hələb” serialına təqdim ediblər.

Qeyd edək ki, budəfəki “İnternational Emmy Awards” mükafatına müxtəlif nominasiyalarda Türkiyənin teleserialları və aktyorları da təqdim olunmuşdu. “Söz”, “İstanbullu gəlin”, “Cəsur və gözəl” serialları mükafat qazanmasa da, mərasimə dəvət olunan türk sənətçilər böyük maraq və rəğbətlə qarşılanıblar.

İLONA