Noyabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış caz ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Konsertə gələn sənətsevərlər əvvəlcə sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.

“jAzzeri Bands and Art” adlı caz musiqisi axşamında Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova və Elvin Bəşirovun ifaları dinlənilib.

Konsertdə xüsusi qonaq qismində kubalı musiqiçi Yanssel Castellonun rəhbəri olduğu “Los Amigos” qrupu da çıxış edib.

Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim ediblər.