Azərbaycan və Almaniyanın birgə istehsalı olan “Sarılar - Qarabağ atının səyahəti” adlı tammetrajlı sənədli filmin çəkilişləri başlanılıb. Filmin əsas ideyası Qarabağ atlarının bir çox keyfiyyətlərinə görə dünyada ən yaxşı at olduqlarını nümayiş etdirməkdir. Ekran əsərinin sonunda baş qəhrəman olan qızın söyləyəcəyi fikir bu ideyanı bir daha təsdiq edir: “Biz bir daha inandıq ki, Qarabağ atlarının vətəni Azərbaycan torpağı - Qarabağdır”.
Çəkilişlər Bakı, Ağcabədi, Quba və digər rayonlarımızda aparılacaq. Filmin rejissoru Villi Neumann, operatoru Andre Böhm, ssenari müəllifi Martin Vaquer, icraçı prodüseri isə Nadir Əliyevdir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar