Azərbaycan

27 noyabr 1912 – Xalq artisti İsa Həsən oğlu Musayev (1912-1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.

27 noyabr 1934 – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov anadan olub.

 

28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 - 1852) vəfat edib.

28 noyabr 1939 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova anadan olub.

28 noyabr 1941 – Xalq artisti, sirk ustası, akrobat Tofiq Hüseyn oğlu Axundov anadan olub.

 

29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) anadan olub.

29 noyabr 1928 – Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

30 noyabr 1934 – Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub.

 

Dünya

 

27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940-1973) anadan olub.

27 noyabr 1942 – Amerikalı rok musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix; 1942-1970) anadan olub.

 

28 noyabr 1757 – İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.

28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820-1895) anadan olub.

28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.

28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881-1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

 

29 noyabr 1906 – Rus kinooperatoru, rejissor Roman Karmen (1906-1978) anadan olub. “Xəzər neftçiləri haqqında povest” adlı film çəkib.

 

30 noyabr Beynəlxalq informasiya təhlükəsizliyi günüdür (Computer Security Day).

 

30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667-1745) anadan olub.

30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.

30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835-1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

30 noyabr 1937 – İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal” və s.

Hazırladı:  Vüqar ORXAN