“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində növbəti dəfə gənc və həvəskar rəssamlar üçün elan edilən müsabiqənin yekun sərgisi dekabrın 18-də açılacaq.
“Art Tover” rəsm qalereyasında reallaşacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq olacaq.