Ssenarist və kinorejissor Con Pol Freyzer oktyabrın 30-dan noyabrın 2-dək Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün seminar keçirir. Seminar Böyük Britaniyanın mədəniyyət və təhsil sahəsində əməkdaşlıq qurumu olan “British Council” (Britaniya Şurası), bu ölkənin Bakıdakı səfirliyi və “Nərimanfilm” şirkəti tərəfindən təşkil edilib.
Layihənin məqsədi bacarıq və vərdişlərini beynəlxalq standartlar səviyyəsinə çatdırmaqda ssenaristlərə kömək etməkdir. 15-dən çox ssenarist bilik və təcrübə mübadiləsinə, habelə əməkdaşlığın yeni modellərinin nəzərdən keçirilməsinə dəvət olunub.
Britaniyalı ssenarist və rejissor dünyanın müxtəlif ölkələrində belə seminarlar keçirir. Layihə çərçivəsində “Bir, iki, üç, öl” filminin nümayişi təşkil ediləcək. Komediya janrında çəkilən ekran əsəri Bakıda keçirilən Avropa film festivalı çərçivəsində noyabrın 3-də “Park Cinema”, noyabrın 4-də “Metro park” kinoteatrlarında nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar