Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrində dövri mətbuat, kitab nəşri, yayılması və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın 18-ci iclası keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı Elbəy Əli iştirak edib.

2019-cu il MDB məkanında “Kitab ili” elan edildiyinə görə, yığıncaq iştirakçıları bu məsələ ilə bağlı tədbirlər planını müzakirə ediblər. Birlik dövlətlərində uşaq və gənclər üçün kitab festivallarının keçirilməsi, bu sahədə informasiya mübadiləsinin aparılması və digər məsələlər diqqət mərkəzində olub. Elbəy Əli bu sahədə Azərbaycanda görülən işlər haqqında məlumat verib.