Cəlilabad rayon Mədəniyyət evində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Milli Ordunun zabiti Fərid Əhmədovun həyat və döyüş yolundan bəhs edən “Hay ver mənə, leytenant” sənədli filminin təqdimatı keçirilib.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov, Fərid Əhmədovun anası Nərgiz xanım müqəddəs torpaqlarımız uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə dövlətimizin başçısına və filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, 1986-cı ildə Cəlilabad rayonunda doğulmuş Fərid Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu idi. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat almış, kəşfiyyat bölüyünün komandiri təyin edilmişdi. Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində - Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 7 noyabr tarixli sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Sonra sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur. Hərbi-vətənpərvərlik ruhunda çəkilmiş film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar