Noyabrın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın eyniadlı romanının motivləri əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolu” bədii filminin təqdimat mərasimi keçirilib.
Filmin ssenari müəllifi Aqil Abbas mərasimi giriş sözü ilə açaraq ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Roman və onun ekran həyatı haqqında fikirlərini bölüşüb.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və ssenari müəllifi onları tamaşaçılara təqdim edib. Daha sonra film nümayiş etdirilib.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Elxan Cəfərovdur. Rollarda Məmməd Səfa, Fuad Poladov, Rza Rzayev, Elvin Əhmədov və başqaları çəkilib.
Filmə baxışdan sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə lənkəranlılar adından minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar