Dekabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Sönməzdir, əbədidir Heydər Əliyev!” adlı anım gecəsi təşkil olunub.

Mərasimdə Xalq artisti, dirijor Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qara Qarayevin “Matəm odası”nı ifa edib. Orkestrin ifası zamanı monitorda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videofraqmentlər nümayiş etdirilib.

Sonra Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Frans Şubertin “Simfoniya №8” əsəri səsləndirilib.

Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi ilə davam edən anım gecəsi Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nun ifası ilə başa çatıb.