Fransanın Soultzmatt şəhərində “Rencontre Art et Culture vallis praenobilis” Assosiasiyasının ənənəvi sərgisi açılıb. Sərgidə Fransanın tanınmış incəsənət nümayəndələrinin əsərləri nümayiş olunur.
Açılış mərasimində Sundhoffen kommunasının sakini, azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahui də iştirak edib. O, tədbirdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin “Sevgi valsı”, “Bakı” və “Axşam” mahnılarını ifa edib. Azərbaycanlı vokalistin ifasında səslənən mahnılar incəsənət nümayəndələri və şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb.