Yemək hazırlamaq sənəti özü bir mədəniyyətdir. 24 yaşlı türkiyəli aşpaz Burak Özdəmir isə peşəsinə özünəməxsus tərzdə yanaşır. Bişirdiyi yeməklərin ölçüsü ilə müştəriləri heyrətə salır.

Uşaqlıqda yemək hazırlamağı atasından öyrənən Burak İstanbulda açdıqları “Hatay mədəniyyətlər sofrası”nda çalışır. Əgər restorana bir dəstə gənc gəlib burger sifariş verirsə, o tez bir zamanda onlara hamısının doyacağı böyük, məsələn, masa boyda bir burger gətirir. Bişirdiyi kababın uzunluğu isə bir metrdən az olmur.

Restoranda təqdim olunan nəhəng yeməklər buraya müştəri axınını artırıb. Hər zaman gülərüz olan gənc aşpaz isə müvəffəqiyyətin sirrini özünəinamda görür...

SƏBİNƏ