Portuqaliyada inkvizisiya qurbanlarının xatirə günü təsis olunub. Bu gün hər il martın 31-də qeyd ediləcək. İnkvizisiya dini (katolik) məhkəməsi Portuqaliyada 1536-cı ildə yaradılıb və 1821-ci ilə qədər mövcud olub.

Xatirə günü barədə qərar Portuqaliya Parlamenti yanında Mədəniyyət, idman, kommunikasiyalar və gənclərin problemləri üzrə komissiya tərəfindən qəbul edilib və Portuqaliyanın, habelə qonşu İspaniyanın yəhudi icmalarının nümayəndələrinin varislərini birləşdirən “Reconectar” hərəkatı tərəfindən bəyənilib.

İki il əvvəl qəbul edilmiş qanun çərçivəsində ötən il təqribən 1800 yəhudi Portuqaliyada vətəndaşlıq alıb. Daha 12 min nəfər bu barədə ərizə ilə müraciət edib və Portuqaliya hökumətinin qərarını gözləyir.