Ölkəmizin Macarıstandakı səfirliyi Budapeşt şəhərində təşkil olunmuş ənənəvi diplomatik xeyriyyə bazarında iştirak edib.
Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.
Hər il olduğu kimi, xeyriyyə bazarında ölkəmizin Macarıstandakı səfirliyi də ayrıca guşə ilə təmsil olunub. Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gələn qonaqlara təqdim edilib.
Yarmarkanın açılışında iştirak edən A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşıb və xoş təəssüratlarını bildirib.