Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli liderinin anım mərasimi keçirilib.
Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev mərasimdə ulu öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Ulu öndərin müdrik siyasəti sayəsində respublikamızın qazandığı nailiyyətlərdən, dünya birliyində layiqli yer tutmasından söz açan direktor bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
F.Babayev çıxışında onu da bildirib ki, Heydər Əliyev Sarayı Azərbaycan mədəniyyətinin, incəsənətinin nümayiş olunduğu əsas səhnədir və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.
Mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusunu dərin hörmət və ehtiramla yad edib, Heydər Əliyevin ömür yolu, fəaliyyəti, respublikamızın mədəni həyatında etdiyi yeniliklər, ölkəmizin tərəqqisi naminə gördüyü işlər barədə danışıblar.
Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi xalqımızın ümummilli liderinin Fəxri xiyabandakı məzarını ziyarət edib.