Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayon 21 nömrəli orta məktəbin şagird və müəllim kollektivi ilə birlikdə rayondakı Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsini yad edib.
“Azərbaycan səni daim yaşadacaq” adlı tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, 21 nömrəli məktəbin uşaq birliyinin rəhbəri Pərvanə Əliyeva və digər çıxış edənlər ulu öndərin nəsillərə nümunə olan layiqli həyat yolundan söz açıblar.
Məktəblilər dahi rəhbərə həsr edilmiş şeirlər səsləndiriblər. Sonra qonaqlar kitabxanada açılmış “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı sərgiyə baxıblar.