Azərbaycan

18 dekabr 1928 – Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 12.6.1987) Salyan rayonunda doğulub.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.

18 dekabr 1934 – Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov; 1934-2018) anadan olub.

18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib.

18 dekabr 1997 – Prezident Heydər Əliyev 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi sürətdə deportasiyasına tarixi-siyasi qiymət verən fərman imzalayıb.

 

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub.

19 dekabr 1943 – Bəstəkar, Xalq artisti, professor Fərəc Qara oğlu Qarayev anadan olub.

19 dekabr 1947 –  Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 - 16.3.2013) Bakıda doğulub.

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 - 17.11.2006) anadan olub.

 

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 - 14.8.1941) Bakıda doğulub.

20 dekabr 1925 – Azərbaycanlı ilk qadın – fəlsəfə elmləri doktoru Şükufə Şamil qızı Mirzəyeva (1925 - 9.10.1980) Ağdamın Gülablı kəndində anadan olub.

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 - 2014) vəfat edib.

 

21 dekabr 1913 – Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov; 1913 - 2.7.1982) Gəncədə doğulub.

21 dekabr 1916 – Yazıçı Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub.

21 dekabr 1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922-1989) anadan olub.

21 dekabr 1923 – Tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1921 - 21.2.1997) Astarada anadan olub.

21 dekabr 1923 – Xalq artisti, müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub.

21 dekabr 1927 – Heykəltəraş, Xalq rəssamı, akademik Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində anadan olub.

21 dekabr 1938 – Xalq artisti Tofiq Səməd oğlu Mövləvi Naxçıvanda anadan olub.

 

Dünya

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921- 21.8.1997) anadan olub.

18 dekabr 1946 – Amerika rejissoru, ssenarist Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub.

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger; 1864 - 1943) anadan olub.

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.

 

20 dekabr 1629 – Holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh); 1629-1684) anadan olub.

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub.

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub.

20 dekabr 1922 – Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatçısı Corc Hill (George Roy Hill; 1921 - 27.12.2002) anadan olub.

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub.

21 dekabr 1840 – Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub.

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 - 16.7.1985) anadan olub.

Hazırladı:  Vüqar ORXAN