Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” (1945) filminin premyerası olub.
Nümayişdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə “Arşın mal alan” filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının videogörüntüsü yayımlanıb: “Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. “Arşın mal alan” filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir”.
Sonra tamaşaçılar rəngli “Arşın mal alan” filmini izləyiblər. Film 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol alıblar.
Film dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa edilərək rənglənib. Doqquz ay ərzində həyata keçirilən layihə üzərində 157 nəfərlik heyət çalışıb. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar