Dekabrın 18-də Nizami Kino Mərkəzində orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 900 illik yubileyi UNESCO tərəfindən qeyd edilən Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filminin təqdimatı olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrasına uyğun olaraq, dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilən filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadə, quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir. Filmdə Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar