Sənət bayramında ölkəmiz də təmsil olunub
Rusiya Federasiyasının Həştərxan şəhərində gənc ifaçıların “Qızıl açar” (“Zolotoy klyuçik”) adlı ənənəvi festivalı başa çatıb.
Xəzəryanı ölkələri əhatə edən sayca 25-ci, yubiley festivalının dekabrın 15-də keçirilən qala-konsertində Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan iştirakçılar çıxış ediblər.
Festival Həştərxan Vilayəti Mədəniyyət və Turizm Nazirliyi, vilayətin “Lotos” teleradio şirkəti və Xalq mədəniyyəti elmi-metodik mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Qalina Zoteyeva festivalın hər il gənc istedadlara yaradıcılıq yolu açdığını vurğulayıb, bütün iştirakçıları təbrik edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs ansamblı konsertdə uğurla çıxış edib. Rəqs ansamblı laureat adını qazanıb və diplomla təltif edilib.