Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib. Dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi forumda Azərbaycanı Xalq artisti Fidan Hacıyeva təmsil edib.
Forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri keçirilib.
Fidan Hacıyeva deyib ki, bu forumda ölkəmizi təmsil etmək onun üçün çox qürurvericidir: “Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu mənim Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi. Bu teatr səhnəsində “Karmen” operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir”.