Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni kitab işıq üzü görüb. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı (elmi redaktor akademik Möhsün Nağısoylu) nəşr olunub.

Kitabı institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli (transfoneliterasiya, tərtib, ön söz və qeydlərin müəllifi) nəşrə hazırlayıb.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, görkəmli pedaqoq, istedadlı şair və tərcüməçi Abdulla bəy Əfəndizadə Azaqbəylinin tərtib etdiyi əlifba layihəsi əsasında yazdığı, 1919-cu ildə Bakıda nəşr olunmuş “Son türk əlifbası” adlı  əsərinin çağdaş əlifbamıza transfoneliterasiyası təqdim edilib. Nəşrə “Son türk əlifbası”nın fotofaksimilesi ilə birgə başqa əlyazma və çap materiallarının surəti də əlavə edilib.

S.QALİBOĞLU