Azərbaycan

30 dekabr 1926 – Xalq artisti, xanəndə Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.) əsas rolları ifa edib.

 

31 dekabr 1903 – Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. “Lətif” (1930), “İsmət” (1934) və s. bədii filmlərə quruluş verib.

31 dekabr 1907 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Teleqram” və s.

31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Məmməd oğlu Yusif (1910-1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində” və s.

31 dekabr 1920 – Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov; 1920 - 20.1.1977) Bakıda doğulub. Uşaq və gənclər üçün kitabların müəllifidir.

31 dekabr 1927 – Opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) anadan olub.

31 dekabr 1927 – Əməkdar rəssam Rasim Hənifə oğlu Babayev (1927 - 24.4.2007) аnаdаn оlub.

31 dekabr 1932 – Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932-2004) Kəlbəcər rayonunun Seyidlər kəndində doğulub.

31 dekabr 1934 – Görkəmli yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899 – 1934) vəfat edib.

 

1 yanvar 1880 – Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880-1975) anadan olub.

1 yanvar 1883 – Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub.

1 yanvar 1925 – Yazıçı Emin Qasıməli oğlu Mahmudov (1925-2009) anadan olub. Uşaq və gənclər üçün fantastika mövzusunda əsərlərin müəllifidir.

1 yanvar 1926 – Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926-1995) Ağstafa şəhərində anadan olub.

1 yanvar 1929 – Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.

1 yanvar 1937 – Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” “və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1 yanvar 1940 – Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.

1 yanvar 1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1947 - 3.6.2006) Ağsu rayonunun Talış kəndində doğulub.

 

2 yanvar 1945 – Görkəmli aktyor, kino, teatr və televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaratmış Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub.

 

Dünya

 

30 dekabr 1865 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936) anadan olub.

30 dekabr 1904 – Rus bəstəkarı, SSRİ Xalq artisti Dmitri Kabalevski (1904 - 14.2.1987) anadan olub.

 

31 dekabr 1869 – Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub.

 

1 yanvar 1823 – Macar şairi, Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən biri Şandor Petefi (1823-1849) anadan olub.

1 yanvar 1854 – İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854-1941) anadan olub.

1 yanvar 1919 – Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub.

 

2 yanvar 1920 – Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920-6.4.1992) Rusiyanın Qomel quberniyasında (indiki Smolensk vilayəti) yəhudi ailəsində anadan olub.

2 yanvar 1912 – İtalyan rəssamı Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub.

2 yanvar 1943 - Türk musiqiçisi, bəstəkar Barış Manço (1943 - 1.2.1999) anadan olub. Türkiyədə rok musiqisinin öncüllərindən idi.

Hazırladı:  Vüqar ORXAN