Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış “Sehrli simlər” violinçilər ansamblının Beynəlxalq Muğam Mərkəzində debüt konserti olub.

Konsert Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunub. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayevadır.

Konsertdə bir-birindən gözəl musiqi əsərləri təqdim olunub.

Gənc ifaçıları respublika və beynəlxalq müsabiqələr laureatı Ləman Hüseynova və Fəqan Həsənli müşayiət ediblər.

Ansambl V.Adıgözəlovun “Laylay”, Azərbaycan xalq mahnısı “Sarı gəlin”, E.Elqarın “Salut ol, Amur”, O.Farresin “Quizas” və başqa əsərləri ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatıb və sürəkli alqışlarla qarşılanıblar.