Bakı Dövlət Sirkində Rusiya və Belarusdan olan məşhur sirk ustaları tamaşaçıları qeyri-adi nömrələrlə sevindirməkdə davam edir.

Yanvarın 13-dək davam edəcək sirk şousunda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta baba və Qar qızın çıxışları təqdim olunur.