Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin 125 illiyi münasibətilə “Qırmızı Şaman” kitabı nəşr olunub.

Kitabın tərcüməçisi və ön söz müəllifi Aida Eyvazlı deyib: “Platon Oyunskinin əsərləri ilə tanış olduqca, onu yaxından tanıdıqca gözlərim qarşısında Hüseyn Cavidin və onun yaratdığı obrazlar canlandı. Saxa sovet yazıçısı, ictimai xadim, filoloq və dilçi alim, Saxa ədəbiyyatı klassikinin həyata, insanlara, Tanrıya münasibətində o qədər eynilikləri gördüm, hərdən mənə elə gəldi ki, türk dünyasının bu iki şəxsiyyəti öz əsərlərini yazmamışdan öncə birlikdə oturub söhbət edib. Lakin daha dərindən düşünəndə bir daha əmin oldum ki, Stalin repressiyalarının o ağır illərində öz xalqını sevən türk oğulları yalnız Hüseyn Cavid və Platon Oyunski kimi ola bilərdi”.

Kitab “Zərdabi” nəşrlər evində işıq üzü görüb.