Çinin “Çanye-4” aparatı yanvarın 3-də Aya uğurlu eniş edib. Bu, Yerin təbii peykinin görünməyən tərəfinə dünya tarixində ilk eniş olub.

Çinin Mərkəzi Televiziyasının xəbərinə görə, aparat ətraf mühiti və qruntu tədqiq edəcək, həmçinin bir sıra aşağı tezlikli radioastronomik müşahidələr aparacaq. O, artıq tarixdə ilk dəfə yaxın məsafədən Ay səthinin bir neçə fotoşəklini çəkərək Yerə göndərib.

“Çanye-4” aparatı dekabrın 8-də Siçuan əyalətində yerləşən kosmodromdan fəzaya buraxılıb.