Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində eramızdan əvvəl birinci minilliyə aid daş kitabə aşkarlanıb.
Daş kitabəni cəlilabadlı tarixçi, tədqiqatçı Elşad Əmənov üzə çıxarıb. Onun sözlərinə görə, kitabədə ən qədim yazı sistemi olan Runik sistemində yazılar var.
Tapıntı rayon Tarix-diyarşünaslıq muzeyinə təhvil veriləcək.