Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyasının II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib.

Konsertdə xalq mahnıları “Gözəlim sənsən”, “Gülə-gülə”, “Gilənar”, Səid Rüstəmovun “İntizar”, Fikrət Əmirovun “Reyhan” mahnıları, V.A.Motsartın “Fin ch`han dal vino”, Di Capuanın “O sole mio”, R.Rodjersin “Edelweis” əsərləri səslənib.

Gecədə ifaçını Milli Konservatoriyanın baş müəllimi Mahirə Quliyeva müşayiət edib.