“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Sarayı Kompleksində təşkil olunan “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi davam edir.

Sərgidə xarici muzeylərdən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əsgəri Muzeyi tərəfindən təqdim olunan maddi mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilmiş Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

Qədim alətlərdə ifa olunan musiqilər Şirvanşahlar Sarayının tarixi ab-havasını zənginləşdirərək buraya təşrif buyuran ziyarətçilərə xüsusi ovqat bəxş edir.

Sərgi yanvarın 23-dək davam edəcək.