Ötən ilin ən yaxşı rəssam və sənətşünasları mükafatlandırılıb

Azərbaycan Rəssamlar İttifaqında (ARİ) ötən ilin ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb. İttifaqın Vəcihə Səmədova adına sərgi salonunda açılan sərgidə 2018-ci ilin ən yaxşı əsərinə iddiaçı müəlliflərin ümumilikdə 100-dən çox işi nümayiş olunub. 

Tədbirdə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov ənənəvi müsabiqə barədə məlumat verib. Bildirib ki, müsabiqə heykəltəraşlıq, rəngkarlıq, qrafika, tətbiqi sənət və sənətşünaslıq üzrə keçirilib. Təqdim olunan əsərlər bir daha bu sahədə çalışan insanların böyük peşəkarlığından xəbər verir.

Tanınmış rəssamların qatıldığı müsabiqənin qaliblərini təbrik edən F.Xəlilov ötən ilin yekunları ilə bağlı da fikirlərini bölüşüb. Bildirib ki, Rəssamlar İttifaqı yola saldığımız ildə də müxtəlif mövzulu rəsm və foto sərgilərinin təşkilatçısı və keçirildiyi məkan olub. Ötən il ittifaqın Vəcihə Səmədova adına sərgi salonunda 11 fərdi, 9 ümumi olmaqla 20 sərgi açılıb. Sənət ocağı 10 foto və 31 rəsm sərgisinə ev sahibliyi edib. Ötən il ARİ-nin Naxçıvan, Gəncə və Şəki regional qurumları da yaradıcı fəaliyyətə töhfələrini veriblər.

Dahasonra 2018-ciilin ənyaxşı əsərinə iddiaçılarmükafatlandırılıblar.

Ənyaxşı rəngkarlıq əsərinə görə Əlisəfa Əsgərov, heykəltəraşlıq əsərinə görə Xanlar Əhmədov, qrafika əsərinə görə RövşənMəmmədov, dekorativ-tətbiqisənətnümunəsinə görə isə MehdiNağıyevtəltifolunub. Həmçininsənətşünaslardan ƏməkdarincəsənətxadimiZiyadxan Əliyev, OfeliyaMirzəzadə, Mirzə Talıbovvə SamirSadıqovadiplomvə mükafatlartəqdimedilib.

LALƏ