AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Çıxış edən alimlər ekspozisiyanın Orta əsrlər dövrünə aid mövzuları, eləcə də həmin mövzulara aid eksponatların nümayişi barədə fikirlərini bildiriblər. Ekspozisiyada “Azərbaycan VII-X əsrlərdə. Ərəb işğalına qarşı mübarizə”, “IX-XI əsrlərdə Azərbaycan dövlətləri”, “Şirvanşahlar dövləti” və “Azərbaycan XI-XII əsrlərdə: Səlcuq imperiyası, Atabəylər dövləti” mövzularına aid eksponatların yerləşdirilmə məkanları və formaları dəqiqləşdirilib.
Eyni zamanda Azərbaycan xalqının Orta əsrlər dövrünə aid maddi və mənəvi mədəniyyətinin yeni eksponatlar hesabına daha da zənginləşdirilməsi qərara alınıb. Fond materiallarından ibarət kataloqların nəşri və 2019-cu il üçün elmi fond şöbələrinin planları, o cümlədən muzey əməkdaşlarının elmi məqalələrinin çap olunması məsələləri də müzakirə edilib.