AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlı, filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlının birgə hazırladığı “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub.

Nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib.

Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulan danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədilə tərtib edilib. Kitabçadan tarixi məkan, muzey, ictimai iaşə, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür.