Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə görkəmli pianoçu, Xalq artisti Çingiz Sadıxovun (1929-2017) arxiv materialları hədiyyə edilib. Arxiv materiallarını sənətkarın həyat yoldaşı Ceyran xanım ABŞ-dan gətirib.
Qeyd edək ki, musiqiçi 1994-cü ildən ömrünün sonunadək ABŞ-da yaşayıb. Onun ailəsi hazırda San-Xose şəhərində yaşayır. Hədiyyə olunmuş materiallar arasında pianoçunun təltif olunduğu “Şöhrət” ordeni və Azərbaycanın “Xalq artisti” fəxri adının nişanı və vəsiqəsi, fotolar, ABŞ Prezidenti Bill Klintonun sənətkara ünvanladığı məktub və başqa sənədlər var.
Xatırladaq ki, bir il əvvəl Çingiz Sadıxovun həyat yoldaşı onun arxivinin bir hissəsini muzeyə hədiyyə etmişdi.