Yanvarın 12-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın “Xovsuz xalçalar” adlı mühazirəsi dinləniləcək.

Muzeydən bildirilib ki, mühazirədə xovsuz xalçaların tarixi inkişaf mərhələləri, növləri, toxunma texnologiyaları və məişətdəki rolundan danışılacaq.

Azərbaycan dilində aparılacaq mühazirədə hər kəs iştirak edə bilər.