Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.
Saraydan bildirilib ki, konsertdə müğənninin repertuarından musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan, gözəlim” və digər mahnılar səsləndiriləcək.
* * *
Aprelin 8-də dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. İfaçı konsertdə öz repertuarında olan mahnılarla yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edəcək.
Denis Matsuyevin sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən nüfuzlu konsert zallarının arzuolunan qonağı, müxtəlif ölkələrin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.