Misirli rəssam Saad Məhəmməd əlyazma şəklində hazırladığı müqəddəs Qurani-Kərimi “Ginnesin rekordlar kitabı”na daxil etmək istəyir.

O, dünyada əlyazma şəklində ən böyük kitabı hazırlamaq üçün üç il çalışıb. Rəssam Qahirədən şimalda yerləşən Belkina qəsəbəsindəki evində müqəddəs kitabı lülə şəklində bükülən 700 metr uzunluğunda kağız üzərinə köçürüb. Mürəkkəb naxışlarla işlənmiş əlyazma hər tərəfinə çarx quraşdırılan böyük qutuya qoyulub.