Avstraliyanın Horşam şəhərində yaşayan rəssam Maykl Merkerk tullanmış açarları, metal pulları, hətta butulka qapaqlarını belə dekorativ sənət əsərinə çevirməyi bacarır.
Rəssam bildirir ki, bu işlə o, emalatxanasını yığışdıran zaman tapdığı mis boruları halqalara bölərək cürbəcür əşyalar düzəltməklə başlayıb. Bir müddətdən sonra qərara gəlib ki, lazımsız metal əşyalardan da dekorativ əsərlər yaratmaq olar. Onun ilk işi kobud alınsa da, zaman keçdikcə texnikasını yaxşılaşdıraraq bir-birindən gözəl vaza, qədəh, gecə lampaları və hətta metal heykəllər də düzəltməyə başlayıb.
Maykl deyir ki, yaradıcı adam olmasaydı, o da lazımsız əşyalara adi baxardı. Onun üçün həyatda ən vacib iş isə yaratdığı əsərlərlə insanların sevincini qazanmaqdır.
SƏBİNƏ