“Berlinare-2014”ə hazırlıqlar davam edir

Almaniyanın paytaxtı Berlində 6-16 fevral tarixlərində keçiriləcək 64-cü beynəlxalq kinofestivala hazırlıqlar davam edir. “Berlinare-2014” Uens Andersonun “Otel Qrand Budapeşt” filmi ilə açılacaq. Festival çərçivəsində Alen Renenin “Sevmək, içmək və oxumaq”, Dominik Qrafın “Sevimli bacılarımla” və s. ekran əsərləri nümayiş olunacaq.
Festivalın münsiflərinə amerikalı prodüser və ssenarist Ceyms Şamusa rəhbərlik edəcək. Daha çox vyetnamlı rejissor Enq Liylə çalışan prodüser “Buzlu külək” filminə görə “Ən yaxşı orijinal ssenari”, “Pələng və əjdaha” ekran əsərinə görə ”Ən yaxşı film” nominasiyaları üzrə “Oskar” mükafatı əldə edib. Münsiflər heyətinə fransalı rejissor Mişel Qondri, avstriyalı aktyor Kristof Vals, prodüser Barbara Brokkoli, kinoşünas Qreta Herviq, həmçinin danimarkalı aktrisa və musiqiçi Trine Dyurholm və iranlı rejissor Mitre Farahani daxildir.
Berlin kinofestivalı 1951-ci ildən keçirilir. Festivalın əsas mükafatı “Qızıl ayı”dır. Festivala dünyanın bütün nöqtələrindən filmlər təqdim edilə bilər. Müsabiqə proqramına festivalın başlanmasından 12 ay əvvəl çəkilmiş və heç bir festivalda nümayişə çıxarılmamış tam və qısametrajlı filmlər təqdim edilə bilər. Bundan əlavə, festivalda müsabiqədənkənar seksiyalar da fəaliyyət göstərir. Bunlar “Beynəlxalq gənc filmlər forumu”, uşaqlar üçün “Panorama” festivalı və “Avropa kino bazarı” seksiyalarıdır. Hər il festivalda 350-yə yaxın film nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar