Özbəkistanın Xanabad şəhərində müasir yurtaların tikintisinə başlanılıb. İndiyədək qazax, qırğız xalqları və monqol heyvandarları yurtalardan istifadə edirlər. Son vaxtlar isə yurtalardan turistləri cəlb etmək üçün istifadə olunur.

Mərkəzi Asiya xalqlarının qədim mədəniyyəti ilə tanış olmaq istəyən əcnəbi qonaqlar  yurtalarda yaşamağa üstünlük verirlər.

Xanabad şəhərində sahibkar Rüstəmcon Usmanov tarixi yaşayış məkanlarını yeni  formada dirçəltmək fikrindədir. Onun təklif etdiyi yeni yurtalar müasir dizaynı, komfortu və maya dəyərinin az olması ilə seçilir.

Yurtalar yapon texnologiyası ilə penoplastdan tikilir və burada sakinlər üçün hər cür şərait yaradılacaq. İlkin mərhələdə 200 belə ev tikilir və bu ilin fevral ayında istifadəyə veriləcək.