Rejissor Şamil Əliyevin “Çölçü” filmi fevralın 28-dən martın 9-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək “FEST-2014” beynəlxalq kinofestivalının “Europe out Europe” müsabiqə proqramında iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə açır...
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 10-dan çox beynəlxalq festivalda iştirak edib, mükafat və diplomlara layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar