Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli 11 illik Uşaq musiqi məktəbi Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib.
Baş idarədən bildirilib ki, müsabiqədə musiqi məktəbinin fortepiano üzrə müəllimləri Fəridə Abbasova və Afət Quliyevanın şagirdləri Rüstəm Cəfərzadə, Hüseynağa Cəfərzadə, Fatimə Əhədli və Naidə Qasımova məharətlə çıxış ediblər.
Münsiflər heyətinin qərarına əsasən, onlar müxtəlif nominasiyalar üzrə laureat adı qazanıblar.