Yanvarın 24-də Nizami Kino Mərkəzində Azərbaycan və Belarus kinematoqrafçılarının çəkdiyi “Babu” bədii filminin premyerası olub.
Film Belarusun Mədəniyyət Nazirliyinin, “New Wave Production” kino şirkətinin sifarişi, “Belarusfilm” kinostudiyasının iştirakı ilə çəkilib. Ekran əsərinin prodüserlərindən biri “Nərimanfilm” kinostudiyasıdır.
Nümayişdən əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Azərbaycan və Belarus kinematoqrafçılarının əməkdaşlığından söz açıb, filmin yaradıcı heyətini təbrik edib.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ölkələrimiz arasında diplomatik münasibətlərin 20-ci ildönümünə təsadüf edən ekran əsərini müasir tarix haqqında qeyri-adi film adlandırıb.
Səfir baş rolun - balaca Leylanın ifaçısı Həmayil Həsənovaya, digər azərbaycanlı aktyorlar Kamran Ağabalayev və Nigar Əhmədovaya təşəkkürnamələr təqdim edib.
Hadisələri Belarus, Rusiya və Azərbaycan ərazisində cərəyan edən film kriminal ekşen janrında çəkilib. Moskvada işgüzar səfərdə olan Azərbaycan biznesmeninin kiçik qızını oğurlayırlar. Qızı Avropaya aparmaq üçün onu Belarusdan keçirərək Qərb sərhədinə doğru hərəkət edirlər. Lakin təsadüflər və gözlənilməz hadisələr əməliyyatın qabaqcadan düşünülmüş gedişini pozur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar