Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq incəsənət məktəbində görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.
Məktəbin direktoru Kəmalə Həşimova, nəzəriyyə şöbəsinin müəllimi Mehriban Atakişiyeva çıxış edərək bəstəkarın yaradıcılıq yolundan söhbət açıblar.
Bildirilib ki, Arif Məlikovun balet, kantata, operetta, müxtəlif janrlı kamera-instrumental əsərləri, romans və mahnıları, film və tamaşalara yazdığı musiqiləri milli musiqi xəzinəmizi zənginləşdirib. Bu musiqilər dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə şöhrət qazandırıb.
Sonra məktəbin şagirdləri görkəmli bəstəkarın seçilmiş əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.