Azərbaycanın “Nərimanfilm” və İtalyanın “Torre” kino kompaniyasının birgə istehsalı olan “9x9” qısametrajlı filmi fevralın 3-dən 9-dək keçiriləcək XIII Mumbay beynəlxalq kinofestivalında (Hindistan) iştirak edəcək.
“Pasha Bank”ın maliyyə dəstəyi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir.
Ekran əsəri bir memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Biz yalnız onun kölgəsini görürük; memarın qızmar günəş altındakı velosiped gəzintisi yaradıcılıq prosesinin dərinliyinə olan səyahətə çevrilir. Divarlar, küçələr, şən uşaq səsləri qədim xarabalıqların sükutu, təzə bişmiş çörək qoxusu, xüsusi işıqlandırma bizi yol boyu müşayiət edir və canlı iş materialına dönürlər. Bizə elə gəlir ki, bu velosiped səyahətində onun arxasınca getmirik, tamamilə başqa bir yerdə, başqa bir ölkədə, başqa küçələrdəyik - onun düşüncələrinin küçələrində.
Sənədli, qısametrajlı və animasiya filmlərinin nümayiş olunduğu Mumbay beynəlxalq kinofestivalı ilk dəfə 1990-cı ildə keçirilib. İki ildən bir gerçəkləşən festival qısametrajlı, sənədli və animasiya filmlər janrında Leypsiq, Berlin, Oberhauzen, Krakov, Tampere festivalları arasında özünəməxsus yer tutur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar