Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsində qalib olmuş “Gənc mütaliəçilər klubu” layihəsi üzrə Biləsuvar rayon Gənclər evində təlimlər keçirilib.

Təlimlərdə rayonun orta məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxana müdirləri iştirak edib. Təlimçi Bəhruz Nəbili layihənin mahiyyəti, oxu bacarıqlarının təşkili metodikası haqqında məlumat verib.

Sonda layihə rəhbəri Firuzə Xanməmmədova tədbirə dəstək verən Biləsuvar Regional Mədəniyyət İdarəsinə, rayon Gənclər və İdman İdarəsinə, Təhsil şöbəsinə təşəkkürünü bildirib.