Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi ölkəmizin bütün mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə yad edilir, tamaşalar, filmlər, sərgilər nümayiş olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-u saat 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunan xatirə tədbiri keçiriləcək.
Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın “Rekviyem” əsəri səsləndiriləcək. Tədbirdə həmçinin, Azərbaycan Dövlət Xor Kapellası, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt çıxış edəcəklər.