Fevralın 16-da Britaniya Kino Akademiyasının (BAFTA) 2013-cü il üzrə mükafatlarının sahibləri elan ediləcək. BAFTA özünün “Academy Fellowship” fəxri mükafatını məşhur ingilis aktrisası Helen Mirenə təqdim edəcək. 68 yaşlı aktrisa bu mükafata kinoda böyük xidmətlərinə görə layiq görülüb.
Aktrisa bununla bağlı deyib: “Bu professional mükafatı mən ancaq arzulaya bilərdim. Mükafata layiq görülməyimlə əfsanəvi adlar siyahısına düşmüş oluram. Bu mənim üçün inanılmaz bir hadisədir”.